Goranboy, İsmayıllı və Zaqatala rayonlarında qanunsuz ağackəsməyə görə 3 cinayət işi açılıb. Bu barədə aprelin 5-də Baş Prokurorluq məlumat yayıb.
Həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə 3 cinayət işi başlanılıb.
Faktlarla bağlı “qanunsuz ağac kəsmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və digər maddələrlə cinayət işləri başlanılıb.