top
Qanunsuz ağac kəsiminə icazə verən şəxslər tutulublar
26 yanvar 2023, 04:32
- +

Qanunsuz ağac kəsiminə icazə verən şəxslər tutulublar

Bakıda vəzifəli şəxs vətəndaşdan pul alarkən yaxalanıb. Bu barədə İnsanoid Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən bu gün, 26 yanvar tarixində məlumat verir.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz ağac kəsməni rəsmiləşdirmək məqsədilə pul alan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin tərkibində olan Yaşıllaşdırma Müəssisələrinin Baş İstehsalat İdarəsinin əməkdaşı Anar Abbasəliyev və Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşı Natiq Abbasovun paytaxtda yerləşən iaşə obyektlərinin ərazisindəki ağacların qanunsuz kəsilməsinə köməklik göstərilməsi vədi ilə vətəndaşlardan pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Natiq Abbasov tələb etdiyi pulun bir hissəsini alanda cinayət başında yaxalanıb.

Hər iki fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:35

Sabah bəzi rayonlarda leysan olacaq

Bütün Xəbərlər
Bu gün, 12:31

Nigar Camal: "Jasmini Azərbaycan millisinin formasında görsəm, inanılmaz dərəcədə xoşbəxt olaram"

Bütün Xəbərlər
Bu gün, 12:01

"Qarabağ"ın futbolçusu "Tvente" ilə oyunu buraxa bilər

Bütün Xəbərlər
Bu gün, 11:16

19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI

Bütün Xəbərlər
Bu gün, 11:00

Malayziyanın yeni səfiri Azərbaycana gəlib

Bütün Xəbərlər
Bu gün, 10:18

Konqoda Ebolaya yoluxma hallarının sayı 5 mini ötüb

Bütün Xəbərlər
Dünən, 17:38

Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-ni məhkəməyə verib

Bütün Xəbərlər
Dünən, 16:48

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

Bütün Xəbərlər
Dünən, 15:48

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Bütün Xəbərlər
Dünən, 15:31

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bütün Xəbərlər
Dünən, 15:18

Rezidenturaya qəbulun nəticələri elan olunub

Bütün Xəbərlər
Dünən, 14:07

Tayvan hakimiyyəti sakinlərə 10 min Tayvan dolları (314 ABŞ dolları) paylamağı planlaşdırır

Bütün Xəbərlər
Dünən, 13:27

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Bütün Xəbərlər
Dünən, 12:51

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:24

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Bütün Xəbərlər
Dünən, 11:47

FTB-nin terror təşkilatlarına dəstək ittihamı ilə axtardığı şəxs Gürcüstanda saxlanılıb

Bütün Xəbərlər
Dünən, 09:05

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb

Bütün Xəbərlər
Dünən, 08:53

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

Bütün Xəbərlər
17 avqust 2026, 17:32

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Bütün Xəbərlər
17 avqust 2026, 17:13

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
17 avqust 2026, 16:51

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Yerli xəbərlər
17 avqust 2026, 16:34

"Qarabağ"ın Niderlanda səfər planı məlum olub - Klubdan AÇIQLAMA

Bütün Xəbərlər
17 avqust 2026, 15:50

AZAL Bakıdan Qazaxıstanın Atırau şəhərinə birbaşa reyslərə başlayıb

Bütün Xəbərlər
17 avqust 2026, 15:40

Azərbaycanda ilin birinci yarısında 19 min 224 nikah qeydə alınıb

Oxşar xəbərlər