Naxçıvan sakinlərindən qanunsuz saxladıqları silahlar götürülüb. Bu barədə Report 18 fevral tarixində məlumat verib.
Muxtar respublikanın daxili işlər orqanlarının əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması ilə bağlı təxirəsalınmaz tədbirlər görürlər.
Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Qazançı kənd sakini Emil Abbasovdan 20 kalibrli, Şərur polisi isə Şərur şəhər sakini Anar Məmmədovdan 16 kalibrli qoşalülə, atəşə yararlı ov tüfəngləri aşkarlayaraq götürüblər.
Hər iki faktla bağlı araşdırmalar aparılır.