“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib. Bu barədə Report 26 yanvar tarixində məlumat verib.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.
Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər: “Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir.
Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.
“Lequipe” nəşri “Qarabağ”ın Yassin Benzia ilə 2,5 illik müqavilə imzalaya biləcəyini yazıb.