"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 13 yanvar tarixində xəbər verir.
"Köhlən atlar" fransalı hücumçu Adama Diakabini transfer edib.
27 yaşlı forvardla 2025-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. O, ölkəsinin "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərənin "Haddersfild" və "Nottingem Forest" klublarının da formasını geyinib.