Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının 118-ci günüdür. Bu barədə 8 aprel tarixində Apa.az xəbər verib.
Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Qeyd edək ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini bildiriblər.