UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub. Bu barədə Report 17 fevral tarixində məlumat verib.
Siyahıda "Qarabağ"ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın "Gent" klubuna vurduğu dəqiq zərbəsi də yer alıb.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də baş tutacaq.