Qaxda 58 yaşlı qadın intihar edib. Bu barədə 21 aprel tarixində APA məlumat verib.
Hadisə ötən gün axşam saat 19 radələrində rayonun Güllük kəndində baş verib.
Belə ki, kənd sakini, 58 yaşlı Rübabə Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı R. Məmmədovanın intihar etdiyi məlum olub.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.