Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub. Bu barədə 14 aprel tarixində Report məlumat verib.
Hadisə şəhərin Azərbaycan prospektində baş verib.
Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.