Qazaxda bıçaqlanma hadisəsi baş verib. Bu haqda yanvarın 26-da Report məlumat verib.
Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, 28 yaşlı Qoca Mahmudov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 26 yaşlı Sərxan Bayramova bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.