2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard dollar təşkil edib. Bu barədə 6 dekabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.
Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on bir ayı ilə müqayisədə 14% artıb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 802,4 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93,2%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,5% artıb.
2022-ci ilin noyabr ayının qeyri-neft ixracı 302,1 milyon dollar təşkil edib.