Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında çıxış edən Azərbaycan qılıncoynadanları Vətənə qayıdıblar. Bu barədə 5 aprel tarixində Report məlumat verib.
Qılıncoynadanları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, federasiya rəsmiləri, idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, yarışda Azərbaycanı 4 qılıncoynadan təmsil edib. Zərifə Hüseynova qızların şəxsi yarışında gümüş medal qazanaraq tarixi uğura imza atıb. Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov isə mundialı medalsız başa vurublar.