Abşeron rayonunun Qobustan kəndi ərazisində 30 dekabr tarixində saat 18:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyin mətbuat xidməti məlumat verir.
Xırdalan şəhər sakini S.Əzimov idarə etdiyi “Mercedes” markalı avtomobili dəmir məhəccərə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.