Şəkidə əvvəllər də məhkum edilmiş Mingəçevir şəhər sakini oğurluğa görə saxlanılıb. Bu haqda aprelin 6-da APA məlumat yayıb.
O, qohumunun evindən planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabı oğurladığını etiraf edib.
Saxlanılan etiraf edib ki, o bəzi əşyaları Bakıda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb.