Qubada azyaşlılara siqaret satanlar cərimələniblər. Bu barədə 1 aprel tarixində Report məlumat verib.
Məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində “etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə” inzibati tənbeh tədbiri tətbiq olunub.