Qubada ölümlə nəticələnən yol qəzası olub. Bu barədə APA 21 aprel tarixində xəbər verib.
Hadisə Aprelin 20-də saat 18:00 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində baş verib.
Kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı avtomobilə vurub.
Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.