Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Vətən müharibəsi zamanı ermənilərin Gəncəyə raket hücumu nəticəsində ata-anasını itirən balaca Nilayla görüşüb. Bu barədə 4 fevral tarixində “Qafqazinfo” xəbər verib.
Qeyd edək ki, erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib. Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.