AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün, martın 31-də Qətərin paytaxtı Dohada keçiriləcək FİFA-nın 72-ci Konqresində iştirak edəcək. Bu barədə Oxu.az xəbər yayıb.
Onunla birgə konqresdə vitse-prezident Elşad Nəsirov, icraçı vitse-prezident Elxan Məmmədov və baş katib Sərxan Hacıyevin də iştirakı nəzərdə tutulub.
FİFA-nın 72-ci Konqresində müzakirə olunacaq əsas məsələlərdən biri Rusiya Futbol İttifaqının üzvlükdən çıxarılması olacaq.