top
Ramazan ayı digər ölkələrdə necə qeyd olunur?
31 mart 2023, 06:31
- ↺ +

Ramazan ayı digər ölkələrdə necə qeyd olunur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın bir çox müsəlman ölkələri 11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə keçirirlər. Həmin ölkələrin Ramazan ayı ilə bağlı adət-ənənələrini təqdim edirik:

Türkiyə

Qardaş ölkədə Ramazanın gəlişini bildirən əsas əlamət məscidlərə asılan və orada Mahya adlandırılan yazı silsilələridir. Mahya qoşa minarəli məscidlər arasında zeytun yağı ilə doldurulmuş çıraqlarla yazılan və Ramazanı ifadə edən yazı sənətidir.

Ramazan adət-ənənələrinin ən qədim və ən şənlərindən biri, şübhəsiz ki, sahur davulçularıdır. Bu ənənə türklüyə və İslama xasdır.

İmsak və iftar vaxtlarında top atmaq 3–cü Sultan Mustafanın dövründə Rumeli qalasında başlamışdır. Sonra bütün ölkəyə yayıldı. Bu gün şəhərlərdə axşam namazını elan etmək və orucun vaxtını insanlara çatdırmaq üçün toplar atılır.

Köhnə günlərdə Ramazan ayında şənliklər, yarmarkalar kimi tədbirlər təşkil edilirdi. Bu ənənə bəzi şəhər və rayonlarda bu gün də yaşamaqdadır. Meydanlar yarmarkaya çevrilir, təravih namazı bitənə qədər müxtəlif əyləncələr keçirilirdi. Bu günlərdə Qaragöz və Hacivat tamaşalarına baxmaq ənənəsi unudulmaq üzrə olsa da, bu ənənə müxtəlif tədbirlərlə davam etdirilir.

Ramazan ayının gəldiyini xatırladan şeylərdən biri də çörək və şirniyyat evlərinin pəncərələrində yerini alan Güllaçdır. Güllaç südlə hazırlanmış, şəkəri az olan şirin desertdir. Üzəri püstə, nar və mövsüm meyvələri ilə bəzədilib. Ramazan süfrələrini şirinləşdirən bu gözəl ləzzətlə Ramazanın gəldiyini daha aydın başa düşmək olar.

Misir

Misirdə yol kənarlarında, mağazalarda, evlərin eyvanlarında asılmış fanus adlanan dəbdəbəli fənərlərə və rəngli kağız bəzəklərə baxaraq, Ramazanın gəldiyini asanlıqla başa düşə bilərsiniz. Misirdə bayram ab-havasını hiss etdirən bu ənənənin tarixi 969-cu ilə dayanır. Ramazan çıraqları olaraq da bilinən fənərlər Xəlifə Fatimi tərəfindən Misirə gətirilib. O vaxtdan bəri birlik, bərabərlik və xoşbəxtlik simvoluna çevrilən fənərlərdən misirlilər Ramazan ayında bu niyyətlərini gücləndirmək üçün istifadə edirlər. Misirlilər Ramazan ayında iftarlarını süddə isladılmış xurma ilə açırlar. Ancaq yeməyi axşam namazından sonraya saxlayırlar. İmsakda isə doyma xüsusiyyətinə görə, demək olar ki, hər süfrədə xırdalanmış lobyadan hazırlanmış xörək olur.

Yəmən

Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiklərini görsəniz, təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Yəməndə Ramazan ayına xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəliri olanlar divarlarını yumaqla kifayətlənməli olurlar. Ramazan ayından əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının yenilənməsi isə daha bir ənənədir.

Pakistan

Əhalisinin təxminən 90 faizini müsəlmanlar təşkil edən Pakistanda Ramazan bayramı böyük coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı gəlməmiş məscidlər təmizlənir, bəzədilir. Pakistanda məscidlərdə iftar vermək əsrlərdən bəri davam edən bir ənənədir. Həmçinin “Ay Gecəsi” adlanan “Çhaand Rat” dövründə müsəlman ailələr yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün Mehndi adlandırdıqları xına ilə əllərinə gözəl naxışlar çəkirlər. Daha sonra həmin axşam yeyiləcək yeməkləri hazırlamağa başlayırlar. Mağazalar dan yeri ağarana qədər açıq olur. Ramazan ayında Pakistanda “Celibi” adlı desert növü xalqa paylanır. Ancaq Pakistanda Ramazan süfrəsi dedikdə ilk ağıla Kelece Pehni və Pekura yeməkləri gəlir.

İndoneziya

İndoneziya Ramazan bayramının böyük coşqu ilə qeyd olunduğu ölkələrdən biridir. Xüsusən də Türkiyə mədəniyyətinin parçası olan bir ənənə var: “Wayang Golek”. Amma bu "Wayang Golek" nədir deyirsinizsə, dərhal cavab verək: İndoneziyada “Wayang Golek” ən gözəl adət-ənənələrdən biri olan Qaragöz vəHacivat kukla tamaşalarına çox bənzəyən bir tamaşadır. Adətən, iftardan sonra ictimai yerlərdə və yarmarkalarda nümayiş olunan “Wayang Golek” Ramazan gecələrini unudulmaz edən detallardan biridir.

Təbii ki, İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada illərdir davam edən ən maraqlı ənənələrdən biri “Padusan”dır. Padusan bir növ təmizləmə ritualı, Mərkəzi Java və Yogyakarta bölgəsində yerinə yetirilən bir ənənədir. İnsanlar çay, göl, su quyusu kimi yerlərdə yuyunurlar. Bu yolla insanlar Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədənin deyil, ruhun da təmizləndiyinə inanılır.

İndoneziyada hər il Ramazan ayında keçirilən başqa bir ənənə də atəş futboludur. Bu oyun zamanı top əvəzinə yanan kokosdan istifadə olunur. Qarşılaşmanın baş tutması üçün havanın qaralmasını gözləyirlər. Oyunçular ayaqqabıdan, qapıçılar isə əlcəkdən istifadə edə bilməzlər. Keçmişdə İndoneziya döyüşçülərini gücləndirmək üçün oynanılan bu oyun indi yalnız Ramazan ayında əyləncə kimi keçirilir.

Qırğızıstan

Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə var. “Ca Ramazan” adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada küçələrdə dolaşır, bütün qapıları döyərək, müxtəlif ölkələrə məxsus musiqi alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar oxuyurlar. İnsanlar da uşaq və gənclərin bu xoş arzularına cavab olaraq onlara müxtəlif nemətlərdən təklif edirlər.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Bu gün, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Oxşar xəbərlər