Gəncədə müğənni və rəqqasə dəm qazından zəhərləniblər. Bu barədə Oxu.az 20 fevral tarixində məlumat verib.
Ötən gün Gəncə şəhərində 34 yaşlı müğənni Turxan Əliyev və 23 yaşlı rəqqasə Aytən Abdullayeva dəm qazından boğularaq ölüblər.
Turxan Əliyev ailəli olub, 1 övladı var.
Rəqqasə Aytən Abdullayevanın isə Türkiyə vətəndaşı ilə qeyri-rəsmi münasibətdə olduğu bildirilir.
T.Əliyev və A.Abdullayevanın cansız bədənləri kirayə yaşadıqları evdə tapılıb.