Rəqəmsal inkişaf və nəqliyyat naziri sakinlərlə görüşün vaxtını dəyişib. Bu barədə 10 noyabr tarixində Report.az məlumat verib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Göygöl şəhərində Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinləri ilə sabah keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən verilən məlumata əsasən, qəbul noyabrın 22-də saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hummel küçəsi, 2) keçiriləcək.