Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son 8 ildə Azərbaycanı 11 dəfə ziyarət edib. Bu barədə aprelin 6-da haberler.com portalı xəbər paylaşıb.
2014-cü ildə Ərdoğan dövlət başçısı seçildikdən bu günədək 175 dəfə xarici ölkələrə səfər edib. Bu ölkələr sırasında Azərbaycan ikinci yerdədir. Ərdoğanın ən çox səfər etdiyi ölkə isə Rusiyadır (13 dəfə).
İlk üçlüyə səfərlərin sayı 9 olmaqla ABŞ da daxil olub.