Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u aprelin 1-də təsdiqləyib. Bu barədə qərar "Resmi Gazete"də yerləşdirilib.
Qərar imzalandığı gündən qüvvəyə minib.
Əməkdaşlıq çərçivəsində mebel sənayesi, turizm, ictimai iaşə və İKT sahəsi üzrə tədrisin təşkili planlaşdırılır.
Təhsil proqramlarının Bakı və Qəbələ şəhərində yerləşən peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur.