İrina Zaretska karate üzrə Azərbaycan yığmasının tərkibində Slovakiyada keçiriləcək 42-ci Qran-Pri turnirində iştirak edəcək. Bu barədə martın 25-də Azərbaycan Milli Karate Federasiyası xəbər verib.
O, milli yığmanın digər idmançıları ilə Bratislavaya yola düşüb.
Qran-Pri martın 26-27-də baş tutacaq. Ümumilikdə turnirdə 30 ölkədən 2 minə yaxın karateçi iştirak edəcək.