Rusiyanın "Ural Airlines" aviaşirkəti Azərbaycana bütün uçuşların ləğvini daha bir ay uzadıb. Bu barədə məlumat martın 28-də şirkətin rəsmi səhifəsində yerləşdirilib.
Məlumata əsasən, Azərbaycandan və Azərbaycana bütün reyslər aprelin 30-dək dayandırılıb.
Qeyd edək ki, bundan öncə şirkət Azərbaycana bütün reyslərin martın 26-dək dayandırılmasını elan etmişdir.