Rusiyanın "Utair" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Bu barədə 15 dekabr tarixində hava limanı məlumat yayıb.
Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib.
"Boeing 737" markalı təyyarə yerli vaxtla saat 10:42-də hava limanına enib.