Rusiyanın İrkutsk vilayətinin Nijneudinski rayonunda 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə 23 fevral tarixində APA TASS-a istinadən məlumat verib.
Episentrdə təkanın gücü 6,3 bal olub.
Tələfat və dağıntı yoxdur.
“İrkutsk vilayətində saat 07:06-da (Bakı vaxtı ilə 03:06) Alıqdjer kəndindən 21 kilometr aralıda yerləşən Nijneudinski rayonunda seysmik hadisə qeydə alınıb. İnfrastruktur obyektləri normal işləyir”, - deyə məlumatda bildirilir.
Nijneudinski rayonu İrkutsk vilayətinin qərbində, Tıva Respublikası və Krasnoyarsk diyarı ilə sərhəddə yerləşir.