Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa müntəzəm reyslər yerinə yetirməyə başlayacaq. Bu barədə İnsanoid aviaşirkətin mətbuat xidmətinə istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Aviareyslər Moskva-Bakı istiqamətində mayın 4-dən başlayaraq həftənin cümə axşamı və bazar günləri, Bakı-Moskva marşrutu üzrə isə mayın 5-dən etibarən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Səyahət müddəti 3 saat 30 dəqiqə olacaq. Uçuşlar 100 yerlik müasir komfortlu “SSJ100” təyyarələri ilə həyata keçiriləcək.