Bakıda Heydər Əliyev prospekti boyunca üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır. Bu barədə martın 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Telegram səhifəsində məlumat verib.
Rənglənmə işləri bir neçə gün davam edəcək.
Sürücülərdən sözügedən istiqamətdə hərəkət edərkən diqqətli olmaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.