Saatlının Qaralar kəndində Türkiyədən gətirilən “Eşmə” heyva növü yetişdirilir. İki il öncə salınan bağdan bu il ilk məhsulun götürülməsi planlaşdırılır. Bu barədə martın 28-də Azərtac xəbər verib.
Bağ 27 hektar ərazini əhatə edir. Bağda 54 min ting əkilib. Hər ağacdan 5-8 kiloqram məhsul götürülməsi planlaşdırılır ki, bu da ümumilikdə 250 tona yaxın məhsul deməkdir. Növbəti ildə isə 400 ton və daha çox məhsul yığılması nəzərdə tutulur.
Təsərrüfat sahibi Həbib Əhmədov bildirib ki, dövlət tərəfindən hər hektara 850 manat subsidiya verilir. Bu vəsaitlə lazımi gübrələr alınır və bağda becərmə, dərmanlama, qulluq işləri görülür.
Hazırda bu bağda 50 nəfər daimi işlə təmin olunur.
[URIS id=39011]