Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 4 mart tarixində Report məlumat verib.
Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Kənd sakini, 2005-ci il təvəllüdlü Nəsirov Sadiq İmran oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Yaxınları S. Nəsirovun tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.