Saatlıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA 21 aprel tarixində xəbər verib
37 yaşlı Saatlı rayonunun Əlisoltanlı kənd sakini Baloğlan Məhərrəmov yaşadığı kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı 41 yaşlı həmkəndlisi Rəvan Qasımovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarət yetirib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.