Saatlıda qatar avtomobili vurub, sürücü ölüb. Bu barədə 11 fevral tarixində APA məlumat verib.
Saatlıda Hacıqasımlı-Kamalı yolu ilə dəmir yolu xəttinin kəsişdiyi keçiddə qatar VAZ-2106 markalı avtomobili vurub. Sürücü - Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Hüseynov Qəsəm Gülhüseyn oğlu qəza zamanı ölüb.
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.