Saatlı rayonunun Şirinbəy kəndi ərazisində dekabrın 30-da saat 18:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Rayon sakini E.Osmanov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında velosiped sürən İ.Şükürov və C.Fətəliyevi vurub.
Nəticədə C.Fətəliyev hadisə yerində ölüb, İ.Şükürov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.