Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4°, gündüz 4-6° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 11-16°, gündüz 2-7° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.