Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə 8 mart tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Yarımadanın bəzi ərazilərində yağıntının intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən, şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 10-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.