Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 3 aprel tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında, əsasən, yağmursuz, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.