Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə 15 fevral tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3°, gündüz 4-6° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.