Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bununla bağlı 25 fevral tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 9-14° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.