Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq.
Rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 6-11°, gündüz 13-18°, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacaq.