Bakıda və Abşeron yarımadasında hava aprelin 3-də dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 26-31° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaq.