Paytaxtın Səbail rayonunda “BakuBus” MMC-yə məxsus avtobus qəzaya uğrayıb. Bu barədə noyabrın 9-da APA xəbər yayıb.
Hadisə Neftçilər prospektində qeydə alınıb. “AzSamand” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək depoya gedən avtobusa çarpılıb.
Nəticədə minik maşınında olan sərnişin xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="1" size="full" ids="93321"]