Sabirabad sakini bıçaq xəsarəti alıb. Bu barədə 24 mart tarixində Report məlumat verib.
Belə ki, sözügedən rayon sakini boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Yaralının dediyinə görə, sərxoş halda özü özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.