Sabirabadda azyaşlı qızın anası polisə müraciət edib. Bu barədə Lent.az 30 dekabr tarixində məlumat verib.
Rayonun 1 saylı məktəbində müəllimə işləyən qadın qızına seksual hərəkətlərin edilməsi ilə bağlı polisə müraciət edib. 11 yaşlı qızın anası 9-cu sinifdə oxuyan oğlanın övladına qarşı seksual hərəkətlər etdiyini iddia edir.
Məsələ ilə bağlı Mil-Muğan regional Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi Vilayət Əliyev bildirilib:
"Oğlan amma deyir ki, belə bir hadisə olmayıb. Araşdırılır, fakt təsdiqini tapsa, müəllimənin tələbi ilə oğlan başqa məktəbə keçiriləcək".
Sabirabadda orta məktəbdə baş verən hadisə ilə bağlı ekspertiza təyin edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib:
"Təyin olunan ekspertizanın rəyindən və aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".