Sabirabad rayonunda 36 yaşlı kişini avtomobil vurub. Bu barədə 10 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Qəhrəmanov Aqşin Ağa oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.