Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət təsdiqini tapıb. Bunu Report-a Xidmət rəsmisi bildirib.
Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Həmid Kərimova məxsus olduğu məlum olub. Nəticədə təbiətə 22 740 manat məbləğində ziyan dəyib.
Faktla bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.