Sabirabadda avtomobil piyadanı vurub. Bu barədə 3 fevral tarixində APA məlumat verib.
Hadisə rayonun Qaragüney kəndində baş verib.
Belə ki, Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.
Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.