Sabirabadda mikroavtobusun “TIR”la toqquşması zamanı 6 nəfər xəsarət alıb. Bu haqda 24 fevral tarixində Apa.az məlumat verib.
Hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı xəsarət alan Füzuli rayonunun Bala Bəhmənli kənd sakinləri - 25 yaşlı Elçin Zeynal və 68 yaşlı Cəmilə Hüseynova; Bakı sakinləri - 31 yaşlı Sübhan Salayev və 50 yaşlı Bərxudar Əliyev, Saatlı rayon sakini, 53 yaşlı Cavahir Məmmədova, Füzuli rayon sakini, 65 yaşlı Tərlan Məmmədov rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.