Sabirabadda qadının antibiotikdən ölməsinə görə başlanmış cinayət işi məhkəməyə göndərilib. Bu barədə noyabrın 16-da rayon prokurorluğundan məlumat verilib.
Hadisə cari ilin iyulun 7-də baş verib. Belə ki, mərhumun xahişi ilə həmkəndlisi Sevda Əhmədova “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində onun qoluna vurub.
Nəticədə Gülnaz Mecidova “anafilaktik şok”a görə dünyasını dəyişib.
Faktla bağlı “ehtiyatsızlıqdan adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. Sevda Əhmədova barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib.