Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 20 aprel tarixində xəbər verib.
Rayonun Qalağayın kəndi ərazisində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çarpılıb.
Qəza nəticəsində rayonun Yenikənd kənd sakinləri - 39 yaşlı Ülvi Nuriyev, 35 yaşlı Aqil Tağıyev, 40 yaşlı Vilayət Abasov, 21 yaşlı Elşən Abasov və 10 yaşlı Əsgər Tağıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.